b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_15910054_10206371615448317_1760957511_n.jpg

Yanvarın 2-də Bakının Binəqədi rayon ərazisində xuliqanlıq hadisə baş verib.

Missiya.Az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini İbrahimov Tunar Bayram oğlu naməlum şəxsin hücumuna məruz qalıb.

Metronun “Azadlıq” stansiyası yaxınlığında baş vermiş hadisə nəticəsində T.İbrahimova ağır bədən xəsarətləri yetirilib və o, ətrafdakı insanların köməkliyi ilə 1 saylı Klinik Mərkəzə çatdırılıb. Hazırda həmin xəstəxananın Travmatologiya şöbəsində müalicə alan T.İbrahimov baş vermiş cinayət hadisəsinin müvafiq polis bölməsi tərəfindən araşdırılmadığını, lazımi ilkin istintaq tədbirlərinin görülmədiyini bildirib. Onun sözlərinə görə, rəsmi şikayət ərizəsi yazmasına baxmayaraq, Bunəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları hadisənin araşdırılmasına və günahkar şəxsin məsuliyyətə cəlb olunmasına maraq göstərmirlər.
Şikayətçi onu da bildirib ki, hadisənin araşdırılması 5-ci bölmənin tədqiqatçısı Elbrus Qurbanova həvalə olunub.

Missiya.Az-ın əməkdaşı məsələ ilə bağlı 5-ci Polis Bölməsilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriblər ki, hadisəyə dair hər hansı məlumat əldə etmək üçün tədiqatçı ilə əlaqə saxlamaq lazımdır. Tədqiqatçı Elbrus Qurbanov isə Missiya.Az-ın əməkdaşı ilə söhbətində sözügedən hadisəylə bağlı hər hansı açıqlama verə bilməyəcəyini deyib: “Bunun üçün Bakı şəhər Baş Polis İdarəsinə, ya da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətilə əlaqə saxlayın”.
İş vaxtı bitdiyindən adıçəkilən qurumlarla əlaqə saxlaya bilmədik. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək ki, Missiya.Az hadisənin videogörüntülərini də əldə edib. Görüntülərdə hadisəni törədən şəxsin üzü də aydın şəkildə görünür. Ətrafdakı şəxslər ona vurduğu gəncin halının pis olduğunu və yardıma ehtiyac duyduğunu desələr də, o, bütün bunlara məhəl qoymadan digər şəxslərə qarşı da kobud davranış nümayiş etdirib.

Görüntüləri diqqətinizə təqdim edirik:

loading...


23 Mart 2017 Rusiya polisi Məmmədovu axtarır - FOTO
23 Mart 2017 Bakıda dəhşət: Bacı-qardaş birlikdə intihar etdi
23 Mart 2017 Abşeronda Dəhşət! Anasını baltayla doğrayan oğul özünü körpüdən atdı
22 Mart 2017 Bərdədə ağır yol qəzası - ölənlər və yaralananlar var
22 Mart 2017 Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var
21 Mart 2017 Azərbaycanda dəhşətli dəmiryol qəzası - ölən var
21 Mart 2017 Xaçmazda dəhşətli intihar
21 Mart 2017 Bakıda 3 otaqlı ev yanıb
20 Mart 2017 Bərdədə intihar etmiş qızın atası da özünü asaraq intihar etdi
18 Mart 2017 "Vadi"dəki səhnə gerçək oldu - Quranın içindən silah çıxdı VİDEO
18 Mart 2017 Əlil Ucar sakini özünü asaraq intihar etdi
18 Mart 2017 Sumqayıtda döyüş sursatı aşkarlandı
17 Mart 2017 13 yaşlı qızı hamilə qoyan kişi tutuldu
16 Mart 2017 Azərbaycanlı döyüşçü rus seperatçılar tərəfindən öldürülüb
16 Mart 2017 Qardaş 21 yaşlı bacısını baltalayıb öldürdü
16 Mart 2017 Bakıda tikintidə yanğın - ölən var
16 Mart 2017 Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı - YENİLƏNİB
16 Mart 2017 Qaradağda itkin düşən məktəblinin meyiti tapılıb
15 Mart 2017 Sumqayıtda müəllim məktəbin həyətində özünü asdı
15 Mart 2017 Bakıda ölən tələbələrin adları məlum oldu - FOTO