b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_bogmaq.jpg

39 yaşlı qadını boğaraq öldürməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmdən əvvəl təqsirləndirilən şəxsə son söz verilib. O, törətdiyi heç bir əmələ görə peşman olmadığını deyib. Məhkəmənin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il iş istəmişdi.

Bildirək ki, təqsirləndirilən F.Qədimov ibtidai istintaqa ifadəsində qətli törətdiyini etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilmədiyini demişdi. O, mərhumla hadisədən 3 gün əvvəl tanış olduğunu, onunla telefon danışıqları olsa da, onu öldürmədiyini söyləyib.

Məhkəmə zamanı məlum olub ki, F.Qədimov münasibətdə olduğu Sədaqət Əsgərovanı əmlakını ələ keçirmək məqsədi ilə öldürüb.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 326.2, 181.1.3, 120.2.11-ci maddələri ilə ittiham olunur.

loading...
21 Yanvar 2017 Gəncədə hamilə qadın öldü
21 Yanvar 2017 Ana və qızı narkotikə görə tutuldu - VİDEO
21 Yanvar 2017 Bakıda maşın iki piyadanı vuraraq öldürüb
20 Yanvar 2017 Şirvanda evə quldur basqını edən şəxs ailə üzvünü bıçaqlayıb
20 Yanvar 2017 İstanbul polis idarəsinə qumbaraatanla hücum oldu
19 Yanvar 2017 İsmayıllıda ağır qəza - 23 yaşlı sürücü öldü
19 Yanvar 2017 “Lambada”nın ifaçısı faciəvi şəkildə öldü - VİDEO
19 Yanvar 2017 “Dana Vüqar” azadlığa çıxdı
19 Yanvar 2017 Ağır qəzanın şahidini 6 il həbs cəzası gözləyir - VİDEO
18 Yanvar 2017 Türkiyədə həbsxanada yanğın - yaralılar var
18 Yanvar 2017 Xanım sürücü maral sürüsünü belə əzdi - VİDEO
18 Yanvar 2017 Bakıda səfirliyinin avtomobili qaydaları belə pozdu - FOTO
18 Yanvar 2017 "Aftoş" erməni qızın atasından etiraz: "Polis, xüsusi təyinatlılar..."
18 Yanvar 2017 ŞOK OLAY: Polis əməliyyat zamanı həmkarını güllələyib - + 18 VİDEO
17 Yanvar 2017 Ölən tələbənin sosial şəbəkədə son statusu - FOTO
17 Yanvar 2017 Nəvəsinin cinsiyyət orqanını kəsən baba: "Sübut etmək üçün kəsdim" - Təfərrüat
17 Yanvar 2017 Cüdo yığmamızın sabiq baş məşqçisi axtarışa verildi
16 Yanvar 2017 Qaçaqmalçılıq yoluyla Azərbaycana telefon keçirilməsinin qarşısı alınıb
16 Yanvar 2017 58 nəfər Azərbaycan vətəndaşlığından çıxarıldı
16 Yanvar 2017 Bakıda usta iş yoldaşını öldürdü