Ardını oxu...
Salyan rayonunun Kür Qardaşlı kəndində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat mərkəzi yayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nazirliyin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:22-də başa çatıb.

loading...