b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_116640_487075.jpg

Vergilər Nazirliyində kadr dəyişikliyi edilib.

Missiya.Az nazirliyin saytına istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru  Əfəndiyev Ağasəməd Veyis oğlu  Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə isə Rəfiyev Mahir Əhmədağa oğlu gətirilib.

Hər iki şəxs uzun illər Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıblar. 

Əfəndiyev Ağasəməd Veyis oğlu 1963-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1995-ci ildə Qərb Universitetinin inzibati işgüzarlıq fakültəsini bitirmişdir. 

1985-ci ildən Şamaxı şəhər 5 saylı orta məktəbdə müəllim işləmişdir.

1986-1993-cü illərdə komsomol orqanlarında çalışmışdır.

1993-2015-ci illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2015-2016-cı illərdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisinin 1-ci müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin may ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_AEfendiyev.jpg
Ağasəməd Əfəndiyev - Nazirliyin Aparat rəhbəri 

Rəfiyev Mahir Əhmədağa oğlu isə 

1963- ildə Neftçala rayonunda anadan olmuşdur.

1985-ci ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1987-ci ildən Neftçala rayon Maliyyə şöbəsində Büdcə Müfəttişliyinin rəisi vəzifəsində çalışmışdır.

1988-1992-ci illərdə Neftçala rayon İstehlak Cəmiyyətində Təftiş komissiyasının sədri vəzifəsində çalışmışdır.

1992-1994- illərdə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişaf şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.

1994- 2006- illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2006-2016- illərdə Vergilər nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2016- ilin fevral ayından Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016- ilin dekabr ayından Vergilər nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində çalışır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_MRefiyev.JPG
Mahir Rəfiyev - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru

Ailəlidir, üç övladı var. Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

loading...
17 Yanvar 2017 Türkiyədə dollar ucuzlaşdı
17 Yanvar 2017 Manatın məzənnəsi kəskin zəiflədi
17 Yanvar 2017 Dünya Bankı Azərbaycana 400 milyon dollar kredit ayırdı
17 Yanvar 2017 Qızılın bahalaşması davam edir
16 Yanvar 2017 Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri
16 Yanvar 2017 Manatın məzənnəsi artmağa başladı
16 Yanvar 2017 Neft həftəyə bahalaşma ilə başladı
16 Yanvar 2017 Donald Tramp Davosa getməyəcək
14 Yanvar 2017 Neftin qiyməti düşməyə başladı
13 Yanvar 2017 Manat bu gün zəifləməyə davam edir
13 Yanvar 2017 Benzin niyə bahalaşdı? - SOCAR-dakı mənbə danışdı
13 Yanvar 2017 Neft yenidən bahalaşmağa başladı
13 Yanvar 2017 38 illik fasilədən sonra İranda bir ilk - FOTO
12 Yanvar 2017 Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir
12 Yanvar 2017 Manat bu gün zəifləməyə başladı
12 Yanvar 2017 Qızıl kəskin bahalaşır
11 Yanvar 2017 Qızıl bahalaşdı, neft ucuzlaşır
10 Yanvar 2017 "Transneft" Azərbaycandan nəqli dayandırıb
10 Yanvar 2017 Manat bir az daha qüvvətləndi
09 Yanvar 2017 Neftin qiyməti düşdü – ABŞ və İran səbəbi