b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_20141117-fed-tapes-jpmorgan-1200x60.jpg
ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər.

Missiya.Az xəbər verir ki, bu barədə FED-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda deyilir.
 
Protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FED-in az qala bütün rəhbər şəxsləri razıdır.
 
ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və "Ağ ev"in gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D. Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.
 
Protokolun mətninə əsasən, FED-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. Düzdür, iştirakçıların çoxu hesab edir ki, "işsizliyin səviyyəsi azalmaqda davam edəcək", lakin bu azalma uzunmüddətli perspektiv üçün norma hesab olunandan cüzi aşağı olacaq.
 
Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6%-dək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.
 
FED-in rəhbər şəxsləri son iclasda qeyd edib ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D. Tramp prezident seçilən gündən FED-in dekabr iclasınadək dolların indeksi 5,2%, sonradan isə 1,1% möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.
 
Noyabrda ABŞ-da baza inflyasiya 1,6% olub. FED-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2%-dək artacaq.
 
Xatırladaq ki, dekabr iclasında FED baza uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb. İclasdan sonra FED-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.
 
FED-in növbəti iclası 31 yanvar - 1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12%-dir.

APA

 

loading...


25 Fevral 2017 "Fitch": Azərbaycanın dövlət borcu idarəolunan səviyyədədir
24 Fevral 2017 Azərbaycan nefti bahalaşdı
24 Fevral 2017 Azərbaycana üç milyon dollar qrant ayrıldı
24 Fevral 2017 Həftənin son iş günü manat ucuzlaşdı - Rəsmi Məzənnə
23 Fevral 2017 Manatın ucuzlaşması davam edir - Rəsmi Məzənnə
23 Fevral 2017 Türkiyənin kənd təsərrüfatı naziri Bakıda səfərdədir
22 Fevral 2017 SOCAR-dan neft-qaz hasilatı ilə bağlı - HESABAT
22 Fevral 2017 Manat ucuzlaşmağa başladı - Rəsmi Məzənnə
21 Fevral 2017 Neft cüzi bahalaşdı, qızıl ucuzlaşdı
21 Fevral 2017 Manatın kursu sabit qaldı - Rəsmi Məzənnə
21 Fevral 2017 Nazir: “Rusiya Azərbaycan üzərindən İrana qaz nəql etməyəcək”
20 Fevral 2017 Manatın kursunda optimizm - Rəsmi Məzənnəsi
17 Fevral 2017 Azərbaycanla Türkiyə ticarəti milli valyutalarla aparacaq
17 Fevral 2017 Neft cüzi bahalaşmağa başladı
17 Fevral 2017 Həftənin son iş günü manat zəiflədi Rəsmi Məzənnə
16 Fevral 2017 Bu günə manatın Rəsmi Məzənnəsi
16 Fevral 2017 Bu günə manatın Rəsmi Məzənnəsi
16 Fevral 2017 Dünya birjalarında neftin və qızılın bu günə qiyməti
15 Fevral 2017 Manatın bu günkü Rəsmi Məzənnəsi
15 Fevral 2017 Neft kəskin ucuzlaşmağa başladı