b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_vinterkorn.jpg

Almaniyanın "Volkswagen" (VW)  korporasiyası direktorlar şurasının sabiq sədri Martin Vinterkornun alacağı pensiyanın məbləği açıqlanıb.

Missiya.Az iqtisadi mənbələrə istinadən xəbər verir ki, Vinterkorn illik 1.2 milyon euro pensiya alacaq. Almaniya mətbuatı bu məbləğin gündəlik 3 100 euroya qarşılıq olduğunu yazır. Xəbərdə, emissiya qalmaqalından sonra istefa verən Vinterkornun "VW" ilə bağladığı müqavilənin 2016-cı ilin sonu etibarilə başa çatdığı və sabiq sədrin pensiya almağa başlayacağı qeyd edilib.  

Xəbərdə bunun Almaniyanın tarixində ən yüksək məbləğli pensiyalardan biri olduğu qeyd edilib, həmçinin "VW"nin Vinterkorna istifadə etməsi üçün ömürlük avtomobil ayıracağı bildirilib. Bundan başqa şirkətin sabiq sədrə 1.7 milyon avro bonus ödəyəcəyi də qeyd edilib.

Qeyd edək ki, mətbuatın yaydığı bu iddialar barədə "VW" rəsmi açıqlama verməyib.

Xatırladaq ki, 2015-ci ilin sentyabr ayında ABŞ Ətraf Mühit Agentliyi "VW"nin emissiya testlərini manipulyasiya etdiyini və dizel maşınlarının ətraf mühiti normal səviyyədən 40 qat çox çirkləndirdiyini bildirmişdi.

Bundan sonra "VW" dünyada təxminən 11 milyon dizel mühərrikli maşında emissiya testlərində yanıldıcı proqramdan istifadə etdiyini etiraf etmişdi. Bundan sonra şirkətin direktorlar şurasının sədri Martin Vinterkorn tutduğu vəzifədən istefa vermişdi. İstefaya baxmayaraq Vinterkornun müqaviləsinin 2016-cı ilin sonuna qədər qüvvədə olacağı açıqlanmışdı. 

loading...
24 Yanvar 2017 Avro 2 manat həddinə çatdı - rəsmi məzənnə
24 Yanvar 2017 Qızılın və gümüşün qiymətində cüzi ucuzlaşma oldu
23 Yanvar 2017 Manat həftəyə dəyərini itirərək başladı
22 Yanvar 2017 Neft hasilatının azaldılmasına nəzarət ediləcək
21 Yanvar 2017 Neft yenidən bahalaşmağa başladı
20 Yanvar 2017 Sorosdan bədbin proqnoz: "Tramp bacarmayacaq!"
20 Yanvar 2017 Neftdə cüzi bahalaşma müşahidə olunur
19 Yanvar 2017 Yanacaqdoldurma şəbəkəsinə azərbaycanlılar sahib çıxdı
19 Yanvar 2017 Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü
19 Yanvar 2017 Manat kəskin zəifləməyə başladı
19 Yanvar 2017 Neft kəskin ucuzlaşmağa başladı
18 Yanvar 2017 Manatın məzənnəsi zəifləməyə davam edir
18 Yanvar 2017 Neft cüzi bahalaşdı, qızılın qiyməti artmağa davam edir
17 Yanvar 2017 Türkiyədə dollar ucuzlaşdı
17 Yanvar 2017 Manatın məzənnəsi kəskin zəiflədi
17 Yanvar 2017 Dünya Bankı Azərbaycana 400 milyon dollar kredit ayırdı
17 Yanvar 2017 Qızılın bahalaşması davam edir
16 Yanvar 2017 Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri
16 Yanvar 2017 Manatın məzənnəsi artmağa başladı
16 Yanvar 2017 Neft həftəyə bahalaşma ilə başladı