b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_Xoruz.jpg
2016-cı ilin sonuna sayılı günlər gəlib. Dekabrın 31-i, saat 00.00-da dünya Yeni ili qarşılayacaq.
 
Şərq təqviminə görə, 2017-ci il "Xoruz ili"di. Bəs Azərbaycan çempionatlarında "Xoruz ili"ndə doğulmuş neçə futbolçu çıxış edir?
 
İllər 12 ildən bir təkrarlanır. Bu səbəbdən sonuncu "Xoruz ili" 2005-ci ildə olub. Həmin ildə doğulanların indi 11 yaşı olduğundan onların peşəkar səviyyədə futbol oynaması mümkün deyil. 1969-cu ildə dünyaya gələnlərin isə artıq 47 yaşı var və peşəkar futbolda bu yaşda futbolçu axtarmağa dəyməz. Bu səbəbdən 1981 və 1993-cü illərə nəzər salmalı olduq.
 
Premyer Liqada neçə "Xoruz" var?
 
Topaz Premyer Liqasında "Xoruz" ilində doğulan 20 futbolçu var. Bunlardan sadəcə ikisi - AZAL-dan Rəşad Abdullayev və "İnter"dən Zurab Xizanişvili 1981-ci ildə, qalan 18-i 1993-cü ildə dünyaya gəlib.
 
Heyətində "Xoruz ili"ndə doğulmuş ən çox futbolçu olan klub "İnter"di - 5 futbolçu. "Kəpəz"də bu say 4, "Sumqayıt", "Zirə" və AZAL-da 3, "Neftçi"də 2 nəfərdi. "Qarabağ" və "Qəbələ"nin "Xoruz"u yoxdu.
 
Zurab Xizanişvili (İnter) - 1981
Mirsahib Abbasov (İnter) - 1993
Orxan Sadıqlı (İnter) - 1993
Slavik Alxasov (İnter) - 1993
Ağabala Ramazanov (İnter) - 1993
Kərim Diniyev (Kəpəz) - 1993
Tural Qürbətov (Kəpəz) - 1993
Tural Rzayev (Kəpəz) - 1993
Vüqar Bəybalayev (Kəpəz) - 1993
Amil Yunanov (Sumqayıt) - 1993
Ayaz Mehdiyev (Sumqayıt) - 1993
Vaqif Güləliyev (Sumqayıt) - 1993
Nurlan Novruzov (Zirə) - 1993
Təmkin Xəlilzadə (Zirə) - 1993
Yasin Həmid (Zirə) - 1993
Rəşad Abdullayev (AZAL) - 1981
Eltun Hüseynov (AZAL) - 1993
İlqar Ələkbərov (AZAL) - 1993
Murad Ağayev (Neftçi) - 1993
Rəhman Hacıyev (Neftçi) - 1993
 
I divizionda 34 "Xoruz"
 
I divizionda isə "Xoruz"ların sayı daha çoxdu. Belə ki, aşağı liqada top qovanlardan 34-ü "Xoruz ili"ndə dünyaya gəlib. Onların hamısı 1993-cü il təvəllüdlüdü. 3 nəfər isə xarici vətəndaşdı.
 
Heyətində ən çox "Xoruz" bürclü futbolçu olan klub "Səbail"di - 5. "Şəmkir" və "Şahdağ" 4, "Zaqatala", "Ağsu" və "Energetik"də 3, "Şərurspor", MOİK, "Qaradağ Lökbatan", "Mil-Muğan" və "Turan Tovuz" 2, "Rəvan" və "Göyəzən"də 1 "Xoruz" var. Bu ildə doğulan futbolçusu olmayan yeganə klub "Bakılı"dı.
 
Tuqay Alhüseynli (Turan Tovuz) - 1993
Elnur Soltanlı (Turan Tovuz) - 1993
Ruslan Tağızadə (Zaqatala) - 1993
Hacı Əhmədov (Zaqatala) - 1993
Osman Qurbanov (Zaqatala) - 1993
Elvin Mirzəyev (Şəmkir) - 1993
Cavid Bağırov (Şəmkir) - 1993
Tural Adıgözəlov (Şəmkir) - 1993
Kazım Kazımlı (Şəmkir) - 1993
Ruslan Cəfərov (Səbail) - 1993
Xəyal Quliyev (Səbail) - 1993
Taleh Babayev (Səbail) - 1993
Fərid Səmədzadə (Səbail) - 1993
Elvin Adışirinli (Səbail) - 1993
Novruz Rəhimov (Ağsu) - 1993
Qüvvət Əmrahov (Ağsu) - 1993
Akif Tağıyev (Ağsu) - 1993
Mübarək Şaquliyev (Qaradağ Lökbatan) - 1993
Aydın Qasımov (Qaradağ Lökbatan) - 1993
Müşfiq Teymurov (MOİK) - 1993
Elvin Həsənəliyev (MOİK) - 1993
Mehdi Rəsulov (Şərurspor) - 1993
Qadir Həsənli (Şərurspor) - 1993
Elxan Əhmədov (Mil-Muğan) - 1993
Elşən Rzazadə (Mil-Muğan) - 1993
Patrik Sani (Şahdağ) - 1993
Ramil Mansurov (Şahdağ) - 1993
Xəyal Qocayev (Şahdağ) - 1993
Viktor Emenayo (Şahdağ) - 1993
İsmət Əjdərli (Energetik) - 1993
Elçin Abdullayev (Energetik) - 1993
Tural Məmmədov (Energetik) - 1993
Amirkiya Mohammadi (Rəvan) - 1993
Musa Musayev (Göyəzən) - 1993
 
"Xoruz"suz əvəzedicilər
 
Əvəzedicilərin çempionatında çıxış edən 8 klubun heç birinin heyətində "Xoruz ili"ndə doğulmuş futbolçu yoxdu. Bu birincilik üçün PFL-ə təqdim olunmuş sifariş ərizələrində yer almış futbolçuların ən yaşlısı 1994-cü il təvəllüdlüdür.

fanat.az
loading...


24 Fevral 2017 Azarkeşlər 4-0 məğlub olan futbolçuları döydülər VİDEO
24 Fevral 2017 Avroliqanın püşkü atıldı: "Beşitaş" üçün qisas şansı
24 Fevral 2017 "Fiorentina", "Tottenhem" və "Şaxtyor" Avroliqa ilə vidalaşdı
23 Fevral 2017 İstanbul derbisində İldırım olacaq - FOTO
23 Fevral 2017 Arda Turan Londonda ev aldı, aləm qarışdı
22 Fevral 2017 "Yuventus" səfərdə, "Sevilya" evdə qalib gəldi
21 Fevral 2017 "Mançester Siti" və "Atletiko" qalib gəldi
21 Fevral 2017 "Atletiko" Leverkuzendə, "Siti" Mançesterdə - ÇL-də 1/8 final həyəcanı
20 Fevral 2017 Məşhur futbolçunun anasını ağladan səbəb FOTO
19 Fevral 2017 Cüdoçularımız Avropa kubokunda 7 medal qazandı FOTO
19 Fevral 2017 "Qəbələ" "Qarabağ"ı udub liderliyə yüksəldi
19 Fevral 2017 "Barselona"nın baş məşqçisi olmağa namizədlər
18 Fevral 2017 Futbolun gözəlləri: siyahıda azərbaycanlı da var - FOTO
18 Fevral 2017 Qvardiola: "Bir daha "Barselona"nı çalışdırmayacam"
16 Fevral 2017 "Qəbələ"nin idmançılarından böyük uğur
16 Fevral 2017 Avropa Liqasında “pley-off” mərhələsi start götürür
16 Fevral 2017 Almanlar ingilislərə qalib gəldi - ÇL 1/8 finalın nəticələri
15 Fevral 2017 Millimiz Dünya Kubokuna Toğrulsuz getdi
15 Fevral 2017 Məşhur futbolçu epilepsiya xəstəsi uşağı sevindirdi FOTO
14 Fevral 2017 Çempionlar Liqasında final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR