b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_nurayin-atasi.jpg

“Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

Missiya.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov deyib. O bildirib ki, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb: “Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

Ə. Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib: “Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

Ə. Bayramov qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub: “Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

Qeyd edək ki, Ə. Bayramov Baklıdakı 5 saylı kliniki doğum evinin anestezioloqudur.

Xatırladaq ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsini əks etdirən video yayılıb.

loading...
21 Yanvar 2017 Prezident DTX və XKX rəislərinə yeni vəzifə verdi
21 Yanvar 2017 ABŞ-ın birinci xanımının bir günü 1 milyon dollardır
20 Yanvar 2017 Qaravul dəstəsinin əsgəri canlı yayımda özündən getdi - VİDEO
19 Yanvar 2017 Deputat: "AZAL büdcəyə ağır yükdür"
19 Yanvar 2017 Azərbaycan Moskvadan yeni silahlar alır - Prezident
19 Yanvar 2017 Tehranda ticarət mərkəzi çökdü: 30 ölü, 38 yaralı
19 Yanvar 2017 Çəkiliş zamanı jurnalist güllələnib
18 Yanvar 2017 Azərbaycanda siqaretin nağd satışı dayandırıldı - Qiymətlər qalxdı
17 Yanvar 2017 Özbəkistandan "Reina qatili" açıqlaması
17 Yanvar 2017 Rusiya Azərbaycana yeni zenit-raket kompleksi verib
17 Yanvar 2017 Azərbaycanlı Ərdoğana şeir yazıb: "Rusun əlindən vuran..." - VİDEO
17 Yanvar 2017 Minaatan bölmələr döyüşə hazırlıq vəziyyətinə gətirildi - Cəbhədə hazırlıq
16 Yanvar 2017 Türkiyə təyyarəsi Bişkekdə qəzaya uğrayıb ölənlər var
15 Yanvar 2017 Şəhid Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunacaq
13 Yanvar 2017 Deputatın etik davranış kodeksi hazırlanır - Azərbaycanda
12 Yanvar 2017 Vətəndaşlıq almağın yeni şərtləri - Türkiyədə
11 Yanvar 2017 Çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA
10 Yanvar 2017 Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiq etdi
10 Yanvar 2017 "Reina"nın içərisindən ilk görüntülər - mərmi izləri və ... - VİDEO
10 Yanvar 2017 Azərbaycan OPEC-in iclasına çağırılmadı