b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_a9b961.jpg

Bakıda 18 yaşlı tələbənin polis tərəfindən döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Missiya.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bayram günlərində bəzi saytlarda Bakının Sabunçu rayonu ərazisində 18 yaşlı lisey tələbəsi Mirbala Qasımzadənin guya polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılıb:

“18 yaşlı Mirbala Qasımzadənin polis əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu, bayram günlərində gücləndirilmiş iş rejimində çalışan polisin işgüzar nüfuzuna kölgə salmağa yönələn məlumatdır. Belə ki, yanvarın 1-də saat 00:30 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində yerləşən yerüstü keçidin yanında bir neçə şəxsin mübahisə etməsi və səs-küy salması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları həmin ünvanda dava-dalaş edən şəxsi və zərərçəkmişi 12-ci Polis Bölməsinə gətiriblər. Bu haqda müvafiq raportlar yazılıb və iş materiallarına əlavə edilib”.

Qeyd olunub ki, zərərçəkmiş, 1986-cı il təvəllüdlü Paşayev İlham Əli oğlunun da ərizə və izahatı alınıb, xəsarət alıb-almadığını müəyyən etmək üçün barəsində Məhkəmə Tibbi Ekspertizası təyin edilib. Zərərçəkmişlə dalaşan, 1998-ci il təvəllüdlü Qasımzadə Mirbala Vüqar oğlunun sərxoşluq dərəcəsinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunub. Mirbala Qasımzadə 12-ci Polis Bölməsinə gətirilərkən üst-başının palçıqlı, üz nahiyəsində xırda sıyrıqlar olduğu üçün məsul növbətçi tərəfindən müvafiq akt tərtib edilib. Bundan əlavə, hadisə yerində olan müşahidə kamerasının görüntüləri iş materiallarına əlavə edilib”.

APA

loading...


26 Fevral 2017 Tanınmış ictimai xanımlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi
25 Fevral 2017 Ermənistana aid PUA məhv edildi, düşmən tərəf itki verdi - VİDEO
25 Fevral 2017 Cəbhə xəttində son vəziyyət
25 Fevral 2017 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib
25 Fevral 2017 İlham Əliyevin İrana səfərinə hazırlıq gedir
24 Fevral 2017 Zeynəb Xanlarova öz oğlunu da müharibəyə göndərəcəkmi? - Bizim reaksiya
24 Fevral 2017 Erməni kəşfiyyatının mövqelərimizə yaxınlaşma anı kameraya düşdü - VİDEO
23 Fevral 2017 Azərbaycana qarşı danışan Portakalın iç üzü - VİDEO
22 Fevral 2017 Qarabağda artilleriya işə salındı, şəhid verdik
21 Fevral 2017 Moskvada Azərbaycan neft şirkətinin sabiq başçısı həbs olundu
21 Fevral 2017 İqdır qəzasında yaralanan azərbaycanlılarınadları - TAM SİYAHI
21 Fevral 2017 Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?
20 Fevral 2017 Kiçik çillə çıxdı: Novruz çərşənbələri başlayır
20 Fevral 2017 Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı
19 Fevral 2017 QARABAĞ adına xəyanət – “Ağ-qaralar”a kimlər “güllə” yağdırır?
18 Fevral 2017 Prezident BMT-nin baş katibi ilə görüşdü - FOTO
16 Fevral 2017 İran yenə bayrağımıza hörmətsizlik etdi
15 Fevral 2017 Anar Məmmədov Londondakı evini satışa çıxardı – 9,5 milyon funta - ÖZƏL + Fotolar
14 Fevral 2017 Azərbaycanı hədələyən terrorçu məhv edildi
14 Fevral 2017 Əli Kərimlinin adamları Neft Fonduna neçə ayaq açdı? - Şahmar Mövsümov MHŞT düyünündə