b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_507.jpg

Bu gün eyni vaxtda bir neçə Amerika KİV-ləri Rusiyanın bu ölkədə seçki kampaniyasına Donald Trampın xeyrinə müdaxilə etməsi barədə kəşfiyyat hesabatında yer almış qalmaqallı məlumat barədə yazıb.

Missiya.Az xəbər verir ki, ötən həftə Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Agentliyinin direktorları prezident Obamaya və yeni seçilmiş prezident Donald Trampa həmin hesabata əlavə olaraq iki səhifəlik sənəd də təqdim ediblər. Həmin sənəddə deyilir ki, Moskvanın əlində Trampın şəxsi həyatı və maliyyə sövdələşmələri haqda kompromatların olduğuna dair məlumatlar var.

“The Washington Post” belə məlumatın olduğunu təsdiq edir, eyni zamanda Amerika rəsmilərinə istinadən qeyd edir ki, xüsusi xidmət orqanları hələ həmin sənədin mötbərliliyini təsdiq etmirlər. CNN isə bildirir ki, xüsusi xidmət orqanları həmin sənədi Trampa onun barəsində dolaşan şaiyələr barədə məlumatlandırmaq üçün veriblər.

Həmin sənəddə deyilir ki, Rusiya kəşfiyyatı Trampın qərargahına öz agentini yerləşdirib. Habelə sənəddə Donald Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı oteldə seks görüntülərinin çəkildiyi və bundan gələcək Amerika prezidentinə qarşı kompromat kimi istifadə olunduğu göstərilir. “BuzzFeed” saytı həmin sənədin PDF formatını yayıb. Orada deyilir ki, Tramp “Dünya gözəli” müsabiqəsini keçirmək üçün Moskvada olanda qaldığı otelə fahişələri dəvət edib və onlarla əylənib. Və Rusiya kəşfiyyatı əvvəlcədən Trampın qaldığı otaqda mikrofon və gizli kameralar yerləşdirmişdi.

Qeyd etmək lazımdır ki, bu məlumat seçki kampaniyası zamanı “Mother Jones” adlı kommersiya nəşri dərc etmişdi. Tramp özü isə haqqında yayılan xəbərləri “feyk” adlandırır.

Virtualaz.org
loading...


25 Mart 2017 Ərdoğan yeni bir referendum üçün "siqnal" verdi
25 Mart 2017 "Brext"in ingilislər üçün dəhşətli "fakturası"
24 Mart 2017 Fransada metroda atəş açıldı - yaralılar var
24 Mart 2017 İŞİD Rusiyada hücuma görə məsuliyyəti üzərinə götürüb
24 Mart 2017 "Heil Merkel!" - Almania kansleri şokda VİDEO
23 Mart 2017 Rəsmi Berlin Türkiyəyə dost əli uzatdı
23 Mart 2017 London hücumçusunun şəxsiyyəti açıqlandı
23 Mart 2017 Nigeriyada bir neçə partlayış törədilib - ölən və yaralananlar var
23 Mart 2017 İtaliyadan İsveçrəyə gedən qatar aşdı - yaralılar var
22 Mart 2017 London teraktının təfərrüatları açıqlandı
22 Mart 2017 Türkiyə Norveçə nota verdi
22 Mart 2017 Almaniyadan Türkiyəyə daha bir zərbə
22 Mart 2017 İvanka Ağ evə köçür - Tramp qızına vəzifə verdi
22 Mart 2017 Türkiyədə qarnizon komandiri həbs edildi
21 Mart 2017 ABŞ-dan NATO qərarı - 14 ildən sonra ilk dəfə...
21 Mart 2017 Türkiyədə millət vəkili saxlanıldı
21 Mart 2017 Rusiyada Türkiyəyə arxadan zərbə
21 Mart 2017 Katolik lider 800 min nəfərin ölümünə görə üzr istədi
20 Mart 2017 İraqda törədilən teraktda çox sayda insan öldü
20 Mart 2017 Milyarder Devid Rokfeller öldü