b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_maduro.jpg

Venesuelanın prezidenti Nikolas Madurronun təlimatı ilə ölkədə minimum əməkhaqqı və pensiyalar 50% artırılıb.

Missiya.Az xəbər verir ki, Madurro iştirak etdiyi həftəlik televiziya proqramında minimum əməkhaqqının 40 min bolivar (60 dollar) olduğunu deyib.

Pensiya və maaşlarda olan artımın iş və gəliri qoruyacağını deyən Madurro görülən tədbirlərin dövlət qulluqçuları, hərbçilər və pensiyaçılar üçün faydalı olacağını bildirib.

Venesuela Biznesmenlər Asossiasiyası isə artımların məsləhət edilmədən həyata keçirildiyini, bu vəziyyətin ixtisarlara və ya kiçik müəssisələrin bağlanmasına səbəb ola biləcəyini bildirib.  

Müxalifətdən olan millət vəkili Xose Querra da sosial şəbəkədə yazdığı mesajda maaş artımını qarşılamaq üçün Mərkəzi bankın daha çox pul çap etməsinin infilyasiya ilə nəticələnəcəyini qeyd edib.

Artımların ölkədə böhranı daha da çoxaldacağını deyən müxalifət Madurronu Venesuelada iqtisadiyyatı çökdürməkdə ittiham edib.

Madurro isə siyasi düşmənlər və biznesmenlər tərəfindən aparılan iqtisadi mübarizə ilə qarşı-qarşıya olduğunu bildirib.

Qeyd edək ki, Venesuelada saatlarla davam edən elektrik enerjisi məhdudiyyəti, dərman və əsas ərzaq məhsullarının qıtlığı səbəbindən xalq əziyyət çəkir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2017-ci ildə ölkədə infilyasiyanın 4 rəqəmli olacağı gözlənilir. Nəğd pul qıtlığının yaşandığı ölkədə ATM-lərdən sadəcə kiçik məbləğdə pul çıxarmaq mümkündür.

Venesuela parlamentində keçirilən səsvermədə 106 millət vəkilinin lehində verdiyi səslə prezident səlahiyyətlərini icra etmədiyi üçün Nikolas Madurronun vəzifəsindən uzaqlaşdırılmasına qərar verilmişdi.

Ali məhkəmə sonradan bu səsverməni qanunsuz sayıb. 

loading...


24 Mart 2017 "Heil Merkel!" - Almania kansleri şokda VİDEO
23 Mart 2017 Rəsmi Berlin Türkiyəyə dost əli uzatdı
23 Mart 2017 London hücumçusunun şəxsiyyəti açıqlandı
23 Mart 2017 Nigeriyada bir neçə partlayış törədilib - ölən və yaralananlar var
23 Mart 2017 İtaliyadan İsveçrəyə gedən qatar aşdı - yaralılar var
22 Mart 2017 London teraktının təfərrüatları açıqlandı
22 Mart 2017 Türkiyə Norveçə nota verdi
22 Mart 2017 Almaniyadan Türkiyəyə daha bir zərbə
22 Mart 2017 İvanka Ağ evə köçür - Tramp qızına vəzifə verdi
22 Mart 2017 Türkiyədə qarnizon komandiri həbs edildi
21 Mart 2017 ABŞ-dan NATO qərarı - 14 ildən sonra ilk dəfə...
21 Mart 2017 Türkiyədə millət vəkili saxlanıldı
21 Mart 2017 Rusiyada Türkiyəyə arxadan zərbə
21 Mart 2017 Katolik lider 800 min nəfərin ölümünə görə üzr istədi
20 Mart 2017 İraqda törədilən teraktda çox sayda insan öldü
20 Mart 2017 Milyarder Devid Rokfeller öldü
20 Mart 2017 Sərnişin təyyarəsi qəzaya uğradı - 44 nəfər öldü - FOTO
20 Mart 2017 Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib
20 Mart 2017 Tramp Merkelin əlini niyə sıxmadı? - Ağ Evdən açıqlama
20 Mart 2017 İsrail Suriyaya dalbadal zərbələr endirir