b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_istanbul-tatil2.jpg

Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var".

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib.

"Atlantik okeanından gələn mülayim dəniz  və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub".

Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir. Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.

loading...


19 Fevral 2017 30 aprel terror qurbanlarının xatirəsi əbədiləşdirildi FOTO
18 Fevral 2017 Ərdoğanın kortecində qəza - cangüdən yaralandı VIDEO
18 Fevral 2017 Qənirə Paşayeva Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfran keçirib - FOTO
18 Fevral 2017 Polis çıxılmaz vəziyyətdə olan sürücüyə belə kömək etdi - Bakıda - VİDEO
18 Fevral 2017 Tapılan meyitin neftçilərə aid olub-olmadığı araşdırılır
18 Fevral 2017 Bu gün usta qəzəlxanın doğum günüdür
18 Fevral 2017 Leyla Əliyeva mötəbər tədbirdə iştirak edib - FOTO
17 Fevral 2017 WADA Azərbaycana qarşı sanksiyaları ləğv etdi
17 Fevral 2017 Ermənistan əsgəri dəm qazından boğulub - Qarabağda
17 Fevral 2017 Rusiya XİN: "Dağlıq Qarabağı tanımırıq"
17 Fevral 2017 Ərəb şahzadəsi Bakıya gəlir
17 Fevral 2017 Trampın salamlaşma sirri - gizli məqamlar - FOTO+VİDEO
17 Fevral 2017 Ərdoğan müqəddəs Kəbəni ziyarət etdi FOTO
16 Fevral 2017 Qaradağlı qətliamından 25 il ötür
16 Fevral 2017 “Qan Gölümüz - Xocalı” dünya oxucusu üçün tövsiyyə ədəbiyyatı
16 Fevral 2017 Novruz bayramı ərəfəsində əfv gözlənilir
16 Fevral 2017 Ermənistanda hərbçilərin olduğu buldozer uçuruma aşıb
16 Fevral 2017 Zeynəb Xanlarova Sülh Platformasına qoşuldu
16 Fevral 2017 Bakının mərkəzi rayonları niyə təbii qazsız qalıb?
16 Fevral 2017 Zakir Həsənov amerikalı generalla görüşdü