b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_16416114_303.jpg
"Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur".

Missiya.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya deyib ki, bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir. 
 
Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır: “Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır. Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_268964.jpg
 
A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.
 
A.Əliyeva qeyd edib ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsasızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb. 
loading...


19 Fevral 2017 30 aprel terror qurbanlarının xatirəsi əbədiləşdirildi FOTO
18 Fevral 2017 Ərdoğanın kortecində qəza - cangüdən yaralandı VIDEO
18 Fevral 2017 Qənirə Paşayeva Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfran keçirib - FOTO
18 Fevral 2017 Polis çıxılmaz vəziyyətdə olan sürücüyə belə kömək etdi - Bakıda - VİDEO
18 Fevral 2017 Tapılan meyitin neftçilərə aid olub-olmadığı araşdırılır
18 Fevral 2017 Bu gün usta qəzəlxanın doğum günüdür
18 Fevral 2017 Leyla Əliyeva mötəbər tədbirdə iştirak edib - FOTO
17 Fevral 2017 WADA Azərbaycana qarşı sanksiyaları ləğv etdi
17 Fevral 2017 Ermənistan əsgəri dəm qazından boğulub - Qarabağda
17 Fevral 2017 Rusiya XİN: "Dağlıq Qarabağı tanımırıq"
17 Fevral 2017 Ərəb şahzadəsi Bakıya gəlir
17 Fevral 2017 Trampın salamlaşma sirri - gizli məqamlar - FOTO+VİDEO
17 Fevral 2017 Ərdoğan müqəddəs Kəbəni ziyarət etdi FOTO
16 Fevral 2017 Qaradağlı qətliamından 25 il ötür
16 Fevral 2017 “Qan Gölümüz - Xocalı” dünya oxucusu üçün tövsiyyə ədəbiyyatı
16 Fevral 2017 Novruz bayramı ərəfəsində əfv gözlənilir
16 Fevral 2017 Ermənistanda hərbçilərin olduğu buldozer uçuruma aşıb
16 Fevral 2017 Zeynəb Xanlarova Sülh Platformasına qoşuldu
16 Fevral 2017 Bakının mərkəzi rayonları niyə təbii qazsız qalıb?
16 Fevral 2017 Zakir Həsənov amerikalı generalla görüşdü