b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_2015-01-28T211757Z_8603464.jpg

Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 2,3 milyona çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir.

GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.

Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5 faiz yüksəlib. Həmçinin Linkedİn platformasının ölkədə əhatəsi artaraq 1,50 faizə yaxınlaşıb.

Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompyuterlərin payı 50,6 faiz, mobil cihazların payı 49,4 faiz olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44 faiz təşkil edib.

Azərtac

loading...


19 Fevral 2017 30 aprel terror qurbanlarının xatirəsi əbədiləşdirildi FOTO
18 Fevral 2017 Ərdoğanın kortecində qəza - cangüdən yaralandı VIDEO
18 Fevral 2017 Qənirə Paşayeva Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfran keçirib - FOTO
18 Fevral 2017 Polis çıxılmaz vəziyyətdə olan sürücüyə belə kömək etdi - Bakıda - VİDEO
18 Fevral 2017 Tapılan meyitin neftçilərə aid olub-olmadığı araşdırılır
18 Fevral 2017 Bu gün usta qəzəlxanın doğum günüdür
18 Fevral 2017 Leyla Əliyeva mötəbər tədbirdə iştirak edib - FOTO
17 Fevral 2017 WADA Azərbaycana qarşı sanksiyaları ləğv etdi
17 Fevral 2017 Ermənistan əsgəri dəm qazından boğulub - Qarabağda
17 Fevral 2017 Rusiya XİN: "Dağlıq Qarabağı tanımırıq"
17 Fevral 2017 Ərəb şahzadəsi Bakıya gəlir
17 Fevral 2017 Trampın salamlaşma sirri - gizli məqamlar - FOTO+VİDEO
17 Fevral 2017 Ərdoğan müqəddəs Kəbəni ziyarət etdi FOTO
16 Fevral 2017 Qaradağlı qətliamından 25 il ötür
16 Fevral 2017 “Qan Gölümüz - Xocalı” dünya oxucusu üçün tövsiyyə ədəbiyyatı
16 Fevral 2017 Novruz bayramı ərəfəsində əfv gözlənilir
16 Fevral 2017 Ermənistanda hərbçilərin olduğu buldozer uçuruma aşıb
16 Fevral 2017 Zeynəb Xanlarova Sülh Platformasına qoşuldu
16 Fevral 2017 Bakının mərkəzi rayonları niyə təbii qazsız qalıb?
16 Fevral 2017 Zakir Həsənov amerikalı generalla görüşdü