Ardını oxu...

Milli Məclisin deputatı Rəfael Cəbrayılov özünün Facebook hesabında tez-tez Sovet Sosialist Respublikaları İttifaqını(SSRİ) xatırladan video materiallar paylaşır.


Missiya.Az xəbər verir ki, deputatın nostalji hisslərindən irəli gəldiyinə şübhə etmədiyimiz bu materiallarda SSRİ dönəmlərində insanların həyat şəraitinin daha yaxşı olması, uşaqların xoşbəxt böyüməsi, səhiyyənin və təhsilin pulsuz olması, cəmiyyətin ədalət prinsiplərilə idarə olunması kimi məsələlərdən bəhs olunur.

Ardını oxu...

R.Cəbrayılov belə videolardan birini də bu gün paylaşıb. “Vot takoye bılo destvo” adlı videomaterialda SSRİ zamanındakı “qayğısız uşaqlıq illəri” yada salınır.

Hər halda müstəqil Azərbaycanın Parlamentində təmsil olunan deputatın SSRİ-nin bu qədər həsrətini çəkməsi çox maraqlıdır. Xüsusən də onun Rusiya xarici işlər naziri Serqey Lavrovun Dağlıq Qarabağla bağlı məlum açıqlamasının ardınca İmperiya sevdalı video paylaşması diqqətdən kənarda qala bilməz.

Missiya.Az
deputatın paylaşdığı videonu təqdim edir. Lakin görüntüləri müşayət edən və bilavasitə imperialist təfəkküründən irəli gələn musiqi parçalarını materialdan çıxarmışıq. 

 

loading...