Ardını oxu...


Ermənistan rəhbərliyinin Qarabağdakı son döyüşlər nəticəsində verdiyi itkiləri gizlətdiyi barədə Azərbaycanın rəsmi açıqlamaları artıq öz təsdiqini tapır.

Missiya.Az
Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı erməni mənbələr də etiraflar etməyə başlayıb. Levon Soqomonyan adlı erməni hərbçi özünün sosial şəbəkədəki şəxsi səhifəsində konkret ad da açıqlayıb.

“Əziz dostlar, 12 mart 2017-ci il tarixdə döyüş əməliyyatları zamanı xidməti borcunu yerinə yetirərkən 18-ci motoatıcı diviziyanın zabiti Çixanyan Xaik Nifritaroviç həlak olub. Dostlar adından ölən hərbçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Xaik yaxşı zabit, ailəcanlı və əla dost idi”-Soqomonyan yazıb.

Erməni hərbçi ardınca xatırladıb ki, Azərbaycan tərəf həmin vaxt 8 erməni əsgər və zabitinin məhv edildiyi xəbərini yaymışdı: “Ermənistanın və “Artsax”ın müdafiə nazirlikləri qarşıdakı parlament seçkiləri ilə əlaqədar itkilərimiz haqda məlumatları gizlədirlər. Bu məlumatları gizləmək nəyə lazımdır? Hətta çoxsaylı dostlarımız Yeraburski məzarlığındakı dəfn mərasimində iştirak edə bilməyib. Çünki onlar Xaik və digər hərbçilərimizin ölümündən xəbərsiz olublar”.

loading...