b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_elmira.jpg

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dekabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun cəsədi qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin cəsədi bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaq”ın aparıldığını bəyan edir. Halbuki, cəsədlərin qaytarılması mexanizmi və proseduru yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunub və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılmasına kömək göstərməyinizi sizdən xahiş edirəm”.

AzerTac

loading...


26 Fevral 2017 Titanik filminin aktyoru öldü - VİDEO
26 Fevral 2017 Birinci vitse-prezident Mehriban Əliyeva “Rossiya 1” kanalına müsahibə verib
26 Fevral 2017 Üzeyir Cəfərov: "Düşmən bizdən 7 dəfə çox itki verib"
26 Fevral 2017 Azərbaycan erməni raketlərindən necə qorunacaq?
26 Fevral 2017 Polkovnik Ramaldanov: “Ərazi itkilərimiz yoxdur”
25 Fevral 2017 Bakıda bahalı avtomobillərdən ibarət toy karvanı - VİDEO
24 Fevral 2017 "Yeni təyinat qarşıma yeni hədəflər qoyur” - Mehriban Əliyeva
24 Fevral 2017 Dolların növbəti üç günə olan məzənnəsi açıqlandı
23 Fevral 2017 Bakıda şok olay: həbs ediləcəyini düşünən qadın zəhər içdi
23 Fevral 2017 Şəhid əsgərimiz dəfn edildi - FOTO
23 Fevral 2017 Qar uçqunu nəticəsində ölənlərin adları - SİYAHI
23 Fevral 2017 Qarabağda daha bir erməni hərbçisi öldü
22 Fevral 2017 Vasif Talıbov vitse-prezident təyin olunacaq?
22 Fevral 2017 Sabiq nazir müavini Musa Pənahovun biznes imperiyası - MÜDHİŞ SƏRVƏT
21 Fevral 2017 Putinin gizli sevgilisini ortaya çıxaran sirli üzük - FOTO
18 Fevral 2017 "Qarabağda baş verənlərdən çox narahatıq"
18 Fevral 2017 Azərbaycanda dərmanların satışında - YENİ QAYDALAR
18 Fevral 2017 Ordumuzun PUA-sını vurmağa cəhd edən erməni əsgərlərin gülünc anları - VİDEO
18 Fevral 2017 Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi
18 Fevral 2017 Qarabağda erməni əsgər öldü - FOTO