b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_yaqland.jpg

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.

 Missiya.Az xəbər verir ki, APA-nın Avropa müxbirinin məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib.

"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, T. Yaqlandın bəyanatında deyilir.

 Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Yanvarın 9-da Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

loading...


21 Fevral 2017 İran Türkiyəyə nota verdi: Səbrimizin də bir həddi var!
21 Fevral 2017 NATO hərbçiləri sərxoş olub asayişi pozdular
20 Fevral 2017 Amerikadan Fətullah Gülənlə bağlı gözlənilməz açıqlama
20 Fevral 2017 Suriyada dörd Rusiya hərbçisi öldürüldü - FOTO
20 Fevral 2017 Diktatorun qardaşı belə öldürüldü - VİDEO
20 Fevral 2017 Dəhşətli xəbərdarlıq: 30 milyon insan öldürülə bilər
20 Fevral 2017 Soyuq hava səbəbindən 25 uşaq öldü
19 Fevral 2017 İŞİD üzvü: 500 adam öldürdük, 200 qadını zorladıq...- FOTO/VİDEO
19 Fevral 2017 Mosulda hərbi əməliyyatlar başladı - Rəsmi Açıqlama
19 Fevral 2017 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
19 Fevral 2017 Argentinada avtobus aşdı, 19 sərnişin öldü
18 Fevral 2017 Sabiq prezident: Ərdoğandan qurtulmaq üçün səfərbər olmalıyıq
18 Fevral 2017 ABŞ iqtisadiyyatı şokda - 100 ilik müqavilə pozulur
17 Fevral 2017 Suriya Türkiyəyə qarşı şərt irəli sürdü
17 Fevral 2017 Türkiyədə PKK terrorçuları ilə atışma - yaralılar var
17 Fevral 2017 Kərbəlanı partlatmaq istəyən qadın paltarlı terrorçu yaxalandı FOTO
17 Fevral 2017 Polislər onu kor hesab edir - halbuki... FOTO
16 Fevral 2017 Çavuşoğlu ilə Lavrov arasında görüş olub
16 Fevral 2017 Konçita üzünü qırxmaq istəyir, amma... - VİDEO
16 Fevral 2017 Moskva metrosunda partlayış təhlükəsi - FOTO