b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_269164.jpg

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

Missiya.Az xəbər verir ki, “BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

loading...


19 Fevral 2017 İŞİD üzvü: 500 adam öldürdük, 200 qadını zorladıq...- FOTO/VİDEO
19 Fevral 2017 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
19 Fevral 2017 QARABAĞ adına xəyanət – “Ağ-qaralar”a kimlər “güllə” yağdırır?
19 Fevral 2017 Cüdoçularımız Avropa kubokunda 5 medal qazandılar
19 Fevral 2017 Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir
18 Fevral 2017 "Qarabağda baş verənlərdən çox narahatıq"
18 Fevral 2017 Azərbaycanda dərmanların satışında - YENİ QAYDALAR
18 Fevral 2017 Ordumuzun PUA-sını vurmağa cəhd edən erməni əsgərlərin gülünc anları - VİDEO
18 Fevral 2017 Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi
18 Fevral 2017 Qarabağda erməni əsgər öldü - FOTO
18 Fevral 2017 Azərbaycanda kreditlər ucuzlaşdı - Faizlər düşdü
17 Fevral 2017 Dənizdən meyit tapılıb - neftçi olduğu ehtimal edilir
17 Fevral 2017 Esmira Türkiyədə qalmaqal yaratdı - ŞOK yataq fotosu
17 Fevral 2017 Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
17 Fevral 2017 Erməni nazir: “Nazir olanda məni kabinetimdə döyüblər...”
16 Fevral 2017 Generallar Bakıda nələri müzakirə etdi? - DETALLAR
16 Fevral 2017 İran yenə bayrağımıza hörmətsizlik etdi
16 Fevral 2017 Bakıda burnunu kəsdirən qızdan ŞOK ADDIM
16 Fevral 2017 Zəkizadənin uşaqları ilə birgə son efiri... - VİDEO
16 Fevral 2017 Bakıda şok hadisə: “14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur”