b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_firudin_nebiyev.jpg

"Görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətimizdə saxlanılacaq."

Missiya.Az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib.

"Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib."

Xidmət rəisi həmçinin, bir çox ölkələrin Azərbaycanın bu sahədəki təcrübələrinə maraq göstərdiyini deyib:  

"Görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətimizdə saxlanılacaq. Eyni zamanda, məruzə etmək istəyirəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir və qanunvericiliklərində müvafiq dəyişikliklər edərək, həmin təcrübəni tətbiq etmək istəyirlər."

loading...


24 Mart 2017 Bakıdakı bir sıra səfirliklərdə bayraqlar endirilib
24 Mart 2017 Heydər Əliyevin tələbə yoldaşı ilə yeni FOTOsu
24 Mart 2017 Döyüş başlayır - Xəyal Əhmədov sabah rinqə çıxacaq
24 Mart 2017 Rusiyadan S-400 açıqlaması: Biz qorxmuruq!
23 Mart 2017 Bakıda bacı-qardaş niyə intihar etdi? - Təfərrüat
23 Mart 2017 Bakıda mikroavtobus aşıb: ölən və yaralananlar var
23 Mart 2017 Azərbaycanlı idmançının maşını belə yandı - ŞOK VİDEO
21 Mart 2017 Xəzərdə qəza - Ölən və yaralananlar var
21 Mart 2017 Leyla Əliyevanın təşəbbüsü ilə Novruz şənliyi keçirilib
21 Mart 2017 Azərbaycan dünyanın ən ucuz ölkələri sırasında
21 Mart 2017 "AST Telman"a daha bir zərbə - FOTO
20 Mart 2017 Tanınmış həkim dəm qazından boğularaq ölüb - FOTO
20 Mart 2017 Bakı metrosunda sərnişinlərə bayram sürprizi
19 Mart 2017 20 yanvar metrosunda törədilən terrordan 23 il ötür
18 Mart 2017 Nərimanov parkında açıq fahişə bazarı - 15 manata hər cür xidmət - 18+ ŞOK VİDEO
18 Mart 2017 Bakıda DƏHŞƏTLİ YANĞIN – Obyekt yanır - VİDEO
18 Mart 2017 Leyla Əliyeva “Məktəb bağları” layihəsinə start verdi
17 Mart 2017 Mövlud Mövludun intiharının ilkin səbəbi açıqlandı
16 Mart 2017 Şok İddia - Bakıda Ermənistandan gətirilən xəstə mal əti satılır - Video
16 Mart 2017 Prezident Zakir Nəsirovu əfv etdi