salatinesgerova.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist - Salatın Əsgərovanın ölümündən 26 il ötür.

Missiya.Az xəbər verir ki, Salatın Əsgərova 1991-ci il yanvarın 9-u, Birinci Qarabağ müharibəsinin qızğın dövründə növbəti reportajını hazırlamaq üçün Şuşaya yollanarkən Laçın - Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olub. Onun getdiyi maşın mühasirəyə düşüb, daha sonra isə yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Bakıya istedadlı jurnalistin növbəti reportajı yox, cənazəsi gəlib çıxıb.

Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. O, “Molodoy Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.

Şuşanın kəndlərindən birinə onun adı verilib.

Salatın Əsgərovaya Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.

Allah rəhmət eləsin!

loading...
21 Yanvar 2017 Trampın dua ayinində müsəlman din adamı
21 Yanvar 2017 Günün fotosu: Bir ölkə, altı prezident
21 Yanvar 2017 Lavrova sual verən LiderTV-nin əməkdaşı işdən qovuldu - VİDEO
21 Yanvar 2017 Türkiyəyə qarşı yeni ordu: ABŞ və İngiltərə...
21 Yanvar 2017 Kardaşyanı heç belə görməmisiz - FOTO
20 Yanvar 2017 DTX daha bir “reket” baş redaktoru tutdu
20 Yanvar 2017 Heydər Əliyev Şəhidlər Xiyabanından bu FOTOnu paylaşdı
20 Yanvar 2017 Şəhid əsgərin qaytarılması ilə bağlı müraciətə cavab verildi
19 Yanvar 2017 AZAL qiymətləri artıracaq? - Rəsmi cavab
19 Yanvar 2017 Tanınmış şair əməliyyat olundu - FOTO
19 Yanvar 2017 Hacı Qalib 29-cu dəfə Həccə gedəcək
19 Yanvar 2017 Balıqçı qızların seksual FOTOLARI
19 Yanvar 2017 Gənc ulduz intim qalmaqalla üz-üzə - FOTO
19 Yanvar 2017 Bakıda polis maşını piyadanı vuraraq öldürdü
18 Yanvar 2017 Şabranda 6-cı sinif şagirdi intihar etdi
17 Yanvar 2017 Sosial mənzilləri necə əldə etməli - ŞƏRTLƏR
17 Yanvar 2017 Binə Ticarət Mərkəzində etiraz: “Əlavə işıq pulu yığılır”
17 Yanvar 2017 "Evdə Tək"in qəhramanları 27 il sonra - FOTO
17 Yanvar 2017 Ermənistan sərhəddə yeni təxribat törətdi - FOTO
16 Yanvar 2017 16 yaşlı müğənninin Bakı konsertindən +18 VİDEO