b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_edliyyenazirliyi.jpg

Azərbaycan Ədliyyə Nazirliyi Quba rayon məhləməsində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, nazirlik məsələ ilə bağlı araşdırmalar aparıldığını və müvafiq tədbirlər görüləcəyini bəyan edib:

Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən videosüjet yayımlanıb.

Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.

Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməyib, icradan qərəzli yayınıb, N.Bayramzadənin yerini gizli saxlayıblar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb.

Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 2016-cı il dekabrın 7-nə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.

Videoçəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcək.

loading...


28 Mart 2017 Prezident ordudan bir qrup yüksək rütbəlini istefaya göndərdi
28 Mart 2017 13-cü ilin xatirəsi və “nemeslər”in Bakı yürüşü
28 Mart 2017 Türkiyədə keçirilən moda nümayişində İslam dininə hörmətsizlik - VİDEO
28 Mart 2017 Azərbaycanlı milyader yanacaqdoldurma məntəqələrini satır
27 Mart 2017 Atatürkün oxşarı həbs olundu - VİDEO
27 Mart 2017 Bakıda "London taksiləri" rəngini dəyişir - FOTO
26 Mart 2017 Azərbaycanda maaşlar belə veriləcək - Aprelin 1-dən
26 Mart 2017 ABŞ-da silahlı insident - ölən və yaralananlar var VIDEO
25 Mart 2017 Modelin çimərlik FOTOLARI görənləri təəccübləndirib
25 Mart 2017 Almaniya ilə oyuna millimiz bu heyətlə çıxacaq
25 Mart 2017 Bayramı Ermənistanda keçirən azərbaycanlılar - VİDEO
25 Mart 2017 ABŞ bu ölkə ilə vəziyyəti gərginləşdirir: Kim uduzacaq?
24 Mart 2017 Gənc qız canlı yayımda ölümcül qəzaya düşdü - VİDEO
24 Mart 2017 Heydər Əliyevin tələbə yoldaşı ilə yeni FOTOsu
23 Mart 2017 Bakıda bacı-qardaş niyə intihar etdi? - Təfərrüat
23 Mart 2017 Bakıda mikroavtobus aşıb: ölən və yaralananlar var
23 Mart 2017 Azərbaycanlı idmançının maşını belə yandı - ŞOK VİDEO
21 Mart 2017 Xəzərdə qəza - Ölən və yaralananlar var
21 Mart 2017 Leyla Əliyevanın təşəbbüsü ilə Novruz şənliyi keçirilib
21 Mart 2017 Azərbaycan dünyanın ən ucuz ölkələri sırasında