AZ   |   RU
Məleykə Abbaszadə: Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

Missiya.Az
report-a istinadən xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum sədri bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil:

“Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.

  • 2-02-2023, 11:17