AZ   |   RU
“TEXNOFEST” festivalı Türkiyənin üç şəhərində keçiriləcək

Altı ildir təşkil olunan “TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı bu il Türkiyənin üç şəhərində keçiriləcək.

Missiya.Az
"Anadolu" agentliyinə istinadla xəbər verir ki, mükafat fondu 13 milyon türk lirəsi olacaq builki festival Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr ediləcək.

Qırx bir əsas və 102 alt kateqoriyalı müsabiqə üzrə keçiriləcək festival martın 16-19-da İzmirdə, aprelin 27-dən mayın 1-dək İstanbulda, avqustun 30-dan sentyabrın 3-dək isə Ankarada təşkil olunacaq.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-02-2023, 14:37