AZ   |   RU
Ukrayna KİV-ləri “Qardaş yumruğu” birgə təliminə geniş yer ayırıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi “Qardaş yumruğu” təliminə geniş yer ayırıb.

Missiya.Az Ukrayna mediasına istinadən xəbər verir ki, həmin ölkənin informasiya agentlikləri, “TCН”, “ZN” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təliminin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilib, təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.

Məqalələrdə, həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarın fikirlərinə də yer ayrılıb. Ona istinadla vurğulanıb ki, Azərbaycanda hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu Azərbaycan Silahlı Qüvvələrinin yanında olacaq.

Teymur Aslanov
Missiya.Az

  • 7-12-2022, 16:28