AZ   |   RU
Abş Ukrayna üçün daha bir böyük hərbi paket ayırır

ABŞ rəsmi olaraq Ukraynaya daha bir böyük hərbi yardım paketi təqdim edir.

Missiya.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki , bu barədə Pentaqonun nümayəndəsi ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder məlumat verib.

"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi elan edir. Paketə tank əleyhinə "Javelin" raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir", - deyə Rayder vurğulayıb.

Qeyd edək ki, Rusiyanın işğalından sonra ABŞ-ın Ukraynaya hərbi yardımı 29,3 milyard dollara çatıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 4-02-2023, 13:49