AZ   |   RU
Ukraynadan Avropaya gedən qaçqınların sayı açıqlanıb
Ukraynada müharibə başlayandan sonra Avropaya indiyədək 4 milyon 823 minə yaxın qaçqın gedib.

Missiya.Az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumata görə, qaçqınların əksəriyyəti Polşaya gedib.

Bildirilir ki, Polşada Ukraynadan olan 1 milyon 563 min qaçqın var. 

Qeyd olunub ki, ukraynalı qaçqınların sayına görə Almaniya ikinci (881 min), Çexiya isə (485 min) üçüncü yerdədir.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 

  • 4-02-2023, 12:32