AZ   |   RU
“Ukrayna İranla diplomatik münasibətləri pozmağa hazırdır” – Kuleba

“Ukrayna istənilən vaxt İranla diplomatik münasibətləri pozmağa hazırdır”. 

Missiya.Az
xəbər verir ki, bunu “BBC”yə müsahibəsi zamanı Ukraynanın xarici işlər naziri deyib.

Siyasətçi bildirib ki, bu Ukrayna prezidenti Volodimir Zelenskinin qərarıdır. 

Kuleba qeyd edib ki, İran Rusiyanı Ukraynaya qarşı istifadə üçün zenit-raket kompleksləri ilə təchiz etməyə başlayanda həddii keçib.

Onun sözlərinə görə, qərar İranın gələcək davranışından asılı olaraq istənilən vaxt verilə bilər.


Daşqın Həsənov
Missiya.Az


  • 3-02-2023, 17:14