AZ   |   RU
Norveç Almaniyadan 50-dən çox tank ala bilər
 
Norveç hökuməti Almaniyadan 54 ədəd Leopard 2 tankı almağı planlaşdırır.

Missiya.Az
RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NRK” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkə Leopard 2 tankları ilə Cənubi Koreyanın K2 Qara Panterasını almaq imkanları arasında seçim edir . Çox güman ki, hökumət alman tanklarının xeyrinə seçim edəcək.

Qeyd edək ki, Norveç Leopard 2-ni Ukraynaya təhvil verməyə hazır olduğunu rəsmən təsdiqləyib. Lakin ölkə Ukraynanın alacağı texnikanın miqdarını açıqlamayıb. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 3-02-2023, 17:08