AZ   |   RU
"Qərb ölkələri özlərini müttəfiq kimi aparmır" - Çavuşoğlu


Türkiyədəki konsulluqlarını bağlayan Qərb dövlətləri müttəfiqlik öhdəliklərini yerinə yetirmir.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən mətbuat konfransında deyib.

“Əgər onlar müttəfiqimiz olsaydılar, bizə təhlükə barədə məlumat verərdilər. Türkiyənin Daxili İşlər Nazirliyi və Kəşfiyyat Xidməti konkret məlumat mübadiləsinin olmadığını deyir”, - Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyədəki konsulluqlarını bağlayan ölkələr başqalarını da buna təhrik edirlər.

Bir müddət öncə Ankarada fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri, o cümlədən konsulluqlarını bağlayan dövlətlərin (Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, ABŞ, Fransa, İsveçrə və İsveç) səfirləri Türkiyə XİN-ə çağırılıb.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 3-02-2023, 17:06