AZ   |   RU
Fransa və İsrail İrana qarşı birgə mübarizə aparmağa hazırdır

Fransa və İsrail İranın nüvə proqramına qarşı birgə mübarizə aparmağa hazırdır.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, müvafiq bəyanatı Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu Parisdəki danışıqların yekunları üzrə veriblər.

Bildirilir ki, Makron və Netanyahu əsasən İran və Fələstin olmaqla regional məsələləri müzakirə ediblər.

Makron Netanyahuya Parisin Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlığını bildirib, həmçinin Fələstinli mülki vətəndaşların və israillilərin ölümünə səbəb ola biləcək gərginliyin qarşısının alınmasının vacibliyini deyib.

Bundan əlavə, Fransa lideri işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı Fransanın tarixi status-kvoya sadiqliyini xatırladıb:

“Paris “gələcək Fələstin dövlətinin yaranma ehtimalını” məhdudlaşdıran addımlara və regionda sülhə olan ümidləri sarsıdan qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşıdır”, – deyə Makron bildirib.

Mənbənin sözlərinə görə liderlər İranın nüvə proqramı mövzusunu müzakirə ediblər.

Makorn Tehranı nüvə proqramı ilə bağlı şəffaf olmağa çağırıb və tələblərə əməl edilməməsinin qaçılmaz nəticələri barədə xəbərdarlıq edib.

Makron və Netanyahu həmçinin İranın regionda sabitliyi pozan fəaliyyətlərindən ciddi narahat olduqlarını bildiriblər.

Fransa lideri qeyd edib ki, İranın Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi Tehran üçün sanksiyalarla doludur.


Daşqın Həsənov
Missiya.Az
 


  • 3-02-2023, 15:52