AZ   |   RU
“Fransa Afrikada təsirinin azalmasına əsəbi reaksiya verir” - Lavrov

“Fransa Mərkəzi və Qərbi Afrikada təsir dairəsinin azalmasına əsəbi reaksiya verir. Rusiya isə Afrika ölkələri ilə münasibətləri dövlətlərin suveren bərabərliyi prinsipinə uyğun inkişaf etdirir”.

Missiya.Az 
“TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının Baş Şurasının beynəlxalq əməkdaşlıq və həmvətənlərə dəstək komissiyasının iclasında deyib.

“Bunu Mərkəzi və Qərbi Afrikada Fransanın neokolonial təsir dairəsinin davam edən daralmasında görmək olar ki, bu da Parisdə kifayət qədər əsəbi reaksiyaya səbəb olur. Bu isə vaxtilə sizin hesab etdiyiniz şeyi heç kimə verməmək istəyini göstərir. Dövlətlərin suveren bərabərliyi prinsipini rəhbər tutmağa davam edirik, ona uyğun olaraq hər bir dövlət öz tərəfdaşlarını seçmək hüququna malikdir. Rusiya afrikalılara suverenliyin qorunması tələblərini dəstəkləməkdə davam edəcək”, - deyə Lavrov vurğulayıb.

Siyasətçi bildirib ki, afrikalı həmkarlarımızı ədalətli tələblərində dəstəkləməyə davam edəcəyik. 

Lavrov qeyd edib ki, Rusiya həmişə həqiqətin tərəfində olub və bu gün biz BMT Nizamnaməsinin əsas prinsiplərini, o cümlədən dövlətlərin suveren bərabərliyinə hörmət etmək zərurəti kimi fundamental prinsipi dəstəkləmək üçün beynəlxalq səylərin önündəyik:

“Rusiya inkişaf etməkdə olan ölkələrin müstəmləkəsizləşdirmə prosesini başa çatdırmağın zəruriliyi ilə bağlı tələbləri ilə həmrəydir. Lakin, məsələn, Fransa BMT-nin Parisi Komor adalarına qaytarmağa çağıran dəfələrlə qəbul etdiyi qətnamələrə baxmayaraq, Komor adalarından ayrılmış Mayotta adasına nəzarət və suverenliyini hələ də özündə saxlayır. Eyni şey Londonun Mavrikidən götürdüyü Çaqos arxipelaqına da aiddir. Qərb ölkələri eyni zamanda tarixi saxtalaşdırmağa, müstəmləkəçilərin dəhşətli cinayətlərinin, o cümlədən soyqırımı, etnik təmizləmə, qul alveri, qədim sivilizasiyaların təbii və mədəni irsinin talan edilməsi və məhv edilməsi haqqında xatirələri silməyə çalışırlar. Qərbin mənəvi liderlik iddiasına haqqı yoxdur”, - deyə siyasətçi əlavə edib.

Onun sözlərinə görə, Qərb elitaları həmişəlik hər hansı mənəvi liderliyə iddia etmək hüququndan məhrumdurlar, müstəmləkəçilik instinktləri heç yerdə yoxa çıxmayıb. 

Daşqın Həsənov
Missiya.Az


  • 3-02-2023, 15:37