AZ   |   RU
ABŞ Ukraynaya iqtisadi yardım paketi ayırıb
 
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna və Moldova iqtisadiyyatının bərpası üçün 135 milyon dollar ayıracaq.

Missiya.Az
xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əlavə olaraq 18 milyon dollar Rusiyada vətəndaş cəmiyyətinin və müstəqil KİV-in dəstəklənməsinə yönəldiləcək. Pul ləğv edilmiş Amerika-Rusiya İnvestisiya Fondundan ayrılacaq.

“Bu vəsaitlər sayəsində USAİD-in tərəfdaş fondu iş yerləri yaradacaq və ölkələrdə kənd təsərrüfatı və istehsal sektorunun canlandırılmasına kömək edəcək dayanıqlı özəl sektoru dəstəkləyə biləcək”, - deyə mətbuat xidmətindən bildirilib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-02-2023, 13:09