AZ   |   RU
“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir” – Gürcüstan prezidenti

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin gələcək diplomatik həlli rus qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çıxarılması məsələsini əhatə etməlidir”.

Missiya.Az
xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Bloomberg” agentliyinə müsahibəsi zamanı deyib.

Zurabişvili bildirib ki, Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir.

Onun sözlərinə görə, Rusiya müharibəni tam olmasa da, demək olar ki, bütün döyüşlərdə uduzub və Gürcüstan məsələsi sadəcə olaraq danışıqlar masasında olmalıdır.

“Əgər Qərb Rusiyadan işğalçı qüvvələrin tamamilə çıxarılmasını tələb etməsə, o zaman 2008 və 2014-cü illərdəki kimi daha böyük səhvə yol verəcək”, - deyə Zurabişvili vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 2-02-2023, 13:00