AZ   |   RU
“Qərb tərəfdaşları Kiyevə silah tədarükünü sürətləndirməlidir” - Zelenski

“Rusiya hakimiyyəti Ukrayna ərazisində müharibəni uzatmaq və ölkəmizin resurslarını tükəndirmək istəyir”.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski bildirib ki, Qərb tərəfdaşları Kiyevə silah tədarükünü sürətləndirməlidir.

“Rusiya müharibəni uzatmağa və qüvvələrimizi tükətməyə ümid edir. Ona görə də vaxtı silahımıza çevirməliyik. Biz təchizatı sürətləndirərək, Ukrayna üçün yeni zəruri silahlanma imkanlarını artırmalıyıq”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna artıq ABŞ, Almaniya, Polşa, Kanada, Belçika, Norveç, İtaliya və digər ölkələrlə münasibətlərdə əhəmiyyətli müdafiə nəticələrinə malikdir.


Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 12:03