AZ   |   RU
Entoni Blinken Qahirəyə gedib
 
ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə iki günlük səfəri çərçivəsində Misirin paytaxtı Qahirəyə gedib.

Missiya.Az
Türkiyə kiv-nə istinadən xəbər verir ki, bu barədə Misirin yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, Blinken Qahirədəki Amerika Universitetində misirli gənclərlə görüşüb.

Mətbuat konfransında açıqlamalar verən Blinken Misir əhalisinin 60 faizinin gənclərdən ibarət olduğunu ifadə edərək, "Strateji ortaqlığımızı inkişaf etdirən Misir gəncləridir",-deyə bildirib.

Blinken Misir və ABŞ arasında xüsusi strateji tərəfdaşlıq və ikitərəfli əlaqələr olduğundan, Fələstin və İsrailin də daxil olduğu Yaxın Şərq səfərinə Misirdən başlamağa üstünlük verdiyini və bu əlaqələri gənc nəslin irəli aparacağını qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 


  • 30-01-2023, 11:55