AZ   |   RU
“Ermənistan növbəti Ukrayna olacaq və ərazilərimizi itirəcəyik” – Erməni siyasi xadim

“İndiki hakimiyyət ən azı iki ildir ki, Rusiyanın Ermənistan üçün pis müttəfiq olması tezisini israrla ictimaiyyətin beyninə yeridir. Ermənistanda keçirilən son sorğulara nəzər salsaq görərik ki, Fransa ictimai fikirdə İrəvan üçün Rusiyadan qat-qat yaxşı müttəfiqdir”.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni ictimai və siyasi xadim Avetik Çalabyan deyib.

“Qərbin göndərdiyi müşahidə missiyası Azərbaycanın mümkün təcavüzü zamanı bu bölmə çəkindirici mexanizm olacaq. Bu hökumətin uydurduğu tezisdir, amma gəlin bu tezisin reallığa nə dərəcədə uyğun olduğunu anlayaq”, - deyə erməni siyasi xadim vurğulayıb.

Çalabyan qeyd edib ki, artıq Rusiya və İran da həmin missiyanın Ermənistana göndərilməsinin əleyhinə olduqlarını bəyan ediblər.

“İndi təsəvvür edin ki, bahar açılır, dağlarda qar əriyir və Azərbaycan hərbi əməliyyatlara başlayır. O müşahidəçilər nə edəcəklər? Ən yaxşı halda sərhəddə baş verən toqquşmanı qeydə alacaqlar. Uzaq başı sanksiyalar tətbiq edə bilərlər vəssalam. Ukrayna ilə bağlı həmin sanksiyalar və bəyanatlar bu gün də mövcuddur. Ancaq buna baxmayaraq orada müharibə davam edir və Rusiya irəliləyir. Ermənistan növbəti Ukrayna olanda, müşahidəçilər nə edəcək? Biz ərazilərimizi itirməyə davam edəcəyik və bu da olacaq”, - deyə erməni siyasi xadim bildirib. 
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 27-01-2023, 17:55