AZ   |   RU
“Ukrayna və Rusiya arasında əsir mübadiləsindəki dəstəyə görə Ərdoğana minnətdaram” - Zelenski

“Ukrayna və Rusiya arasında əsir mübadiləsinin təşkilində göstərdiyi köməyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdaram”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İstanbulda keçirilən altıncı Beynəlxalq TRT World Forumunun iştirakçılarına videomüraciəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Diplomatik səylər sayəsində Ukraynanın üç Qara dəniz limanından kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etmək mümkün olub. Bu ilin iyul ayından etibarən Ukrayna limanlarından 13 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib və dünyanın 40 ölkəsinə çatdırılıb. Bu, qlobal bazarlarda hiss olundu. Bu, bizim gücümüzdür. Ukrayna, Türkiyə və BMT-nin birgə səyləri ilə biz açıq təhlükənin qarşısını aldıq”, - deyə Zelenski bildirib.

Ukrayna dövlət başçısı Türkiyənin qida sektorunda liderliyini də yüksək qiymətləndirib.

“Kiyevin taxıl təşəbbüsü dəstəklənsə, ən yoxsul ölkələr yardımdan yararlanacaq. Biz 13 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac etmişik və milyonlarla ton daha çox tədarük edə bilərik. Ukrayna limanlarının potensialından cəmi 50 faiz istifadə olunur. Rusiya müxtəlif çeklər icad etməklə ixrac prosesini bilərəkdən ləngidir”, - deyə Ukrayna lideri vurğulayıb.

“Bu gün 80-dən çox gəmi dayanıb və bu, yüz minlərlə insan üçün ərzaq çatışmazlığı deməkdir. “Gəmi göndərəndə onun geri qayıtmasına qədər vaxt 3-5 həftədir. Yəni, Ukrayna hər ay mümkün olandan 2-3 milyon ton taxıl az tədarük edir. Regionumuzun bu problemi həll etmək potensialı sözsüz ki, var”, - deyə Zelenski qeyd edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 9-12-2022, 16:14