AZ   |   RU
“Ankaranın bütün hərəkətləri Qara dəniz regionunda sülhün əldə olunmasına yönəlib” - Ərdoğan

“Koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi dünya səhnəsində gərginliyin artmasına səbəb olub”. 

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu TRT World Forumunun iştirakçıları qarşısında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, bu gün bütün böhran hadisələrinin 60 faizi Türkiyəyə yaxın bölgələrin payına düşür.

“Türkiyənin Ukraynadakı diplomatik səyləri müharibənin qalibləri, dünyanın isə uduzanları ola bilməyəcəyi ideyasına əsaslanır. Rusiya ilə Ukrayna arasında müharibə bütün dünyaya ciddi siyasi, iqtisadi və humanitar ziyan vurmaqla bağlıdır”, - deyə Ərdoğan vurğulayıb.

“Rusiya Federasiyasına qarşı ağlasığmaz siyasət vasitəsilə regionda ziddiyyətlərin qızışdırılmasına qarşı çıxmışıq”, – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə taxıl dəhlizi mövzusunda danışıqlar aparacağını bildirib.

Bundan Əlavə Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə də söhbət planlaşdırdığını deyib.

Ərdoğan daha sonra çıxışına bu sözlərlə davam edib: “Ankaranın bütün hərəkətləri Qara dəniz regionunda sülhün əldə olunmasına yönəlib. Rusiya ilə Ukrayna arasında İstanbul dialoq prosesinin kəsilməsinə baxmayaraq, bu platforma hələ də uzunmüddətli sülh üçün ən ideal platforma olaraq qalır. Ankaranın uğurlu vasitəçilik səyləri sayəsində Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə nail olmaq mümkün olub".


Daşqın Həsənov 
Missiya.Az


  • 9-12-2022, 14:26