AZ   |   RU
Bizim müdafiə üçün lazım olan imkanlarımız yoxdur- Aİ Ali Nümayəndəsi Borrell
 
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin özünü müdafiə etmək üçün ehtiyac duyduğu imkanlara malik olmadığını və müdafiə sənayesinin istehsal gücünün artırılması lazım olduğunu bildirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Avropa Müdafiə Agentliyinin (EDA) illik konfransında danışan Borrell Ukraynadakı müharibənin Aİ üçün “qəddar oyanış zəngi” olduğunu söyləyib.

"Hərbi ehtiyatlarımızın sürətlə tükəndiyini anladıq, çünki illər ərzində müdafiəyə az sərmayə qoymuşuq. Ukraynaya verdiyimiz yardım ehtiyatlarımızın sürətlə tükənməsinə səbəb oldu. Biz də kritik imkanlara malik olmadığımızı anladıq”-deyə Borrell vurğulayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-12-2022, 17:03