AZ   |   RU
Türk ordusu Suriyanın şimalında 10 terrorçunu məhv etdi

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 10 PKK/YPG üzvünü zərərsizləşdirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “tvitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında silahlı döyüş əməliyyatı hazırlayırmış.

Nazirlik Türkiyə ordusunun bölgədə qazıntılar aparan terrorçulara qarşı barışmaz mübarizəsini davam etdirəcəyini vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 28-09-2022, 16:38