AZ   |   RU
Koronavirusla bağlı yeni araşdırma - Diabet yaradır

ABŞ-ın “Case Western Reserve” Tibb Məktəbinin alimləri dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus pandemiyası ilə (Covid-19) bağlı yeni araşdırma apararaq, maraqlı nəticəyə gəliblər.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, mütəxəssislər pandemiyanın uşaqlarda 1-ci tip diabetə səbəb ola biləcəyini açıqlayıblar. Həmin tədqiqat işinə rəhbərlik edən Pamela Davisin sözlərinə görə, 1-ci tip diabet otoimmun xəstəlik kimi tanınır, orqanizmin immun sistemi insulin istehsal edən hüceyrələrə hücumu ilə baş verir, nəticədə insulin istehsalı dayanır və xəstəlik yaranır: "Covid-19-un həm də otoimmun xəstəlik olduğuna dair artan sübutlar var".

Qeyd edək ki, JAMA Network Open-də dərc edilən araşdırmada 1 milyondan çox gənc xəstənin məlumatları və sağlamlıq vəziyyəti araşdırılıb. 18 yaşdan kiçik xəstələrin sağlamlıq məlumatlarını araşdıran elm adamları Covid-19 ilə 1-ci tip diabet arasında əlaqənin qurulduğunu da söyləyiblər.

Bildirilib ki, pandemiyaya yoluxan gənclər xəstələndikdən 6 ay sonra 1-ci tip şəkər xəstəliyinə tutulub. 1-ci tip şəkərli diabetə meylli ailələr Covid-19-dan sonra uşaqlarına diqqət etməli və sağlamlıq vəziyyətlərini yoxlanışdan keçirməlidirlər.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 26-09-2022, 12:27