AZ   |   RU
Rauf Arifoğlu Güneylə bağlı Türkiyə mediasına çağırış etdi - "Dəstəyinizə ehtiyac var"

TAİB nümayəndələrinin Ankara səfərində qonaq kimi iştirak edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Türkiyə Qəzetçilər Cəmiyyətində keçirilən görüşdə türkiyəli həmkarlarına Güney Azərbaycanla bağlı çağırış edib. 

Missiya.Az xəbər verir ki, Rauf Arifoğlu Güney Azərbaycan Türklərinin hüquq və azadlıqlarının təminatı, fars-molla rejiminin həyata keçirdiyi repressiv siyasət və sair bu kimi məsələlərə Türkiyə mediasının xüsusi diqqət ayırmasına ehtiyac olduğunu vurğulayıb.

Türkiyəli qələm adamları İranda baş verənləri diqqətlə izlədikkərini və xüsusən oradakı Azərbaycan türklərinin təzyiq və təqiblər altında olmasına dair informasiyalarla müntəzəm olaraq qarşılaşdıqlarını bildiriblər.

Görüşdə bu və digər məsələlərə dair maraqlı fikir mübadiləsi aparılıb.

Missiya.Az


  • 7-12-2022, 18:04