AZ   |   RU
Almaniyada dövlət çevrilişi ilə əlaqədar yeni həbslər

Alman polisi dövlət çevrilişi ilə bağlı yeni həbslər elan edib.

Missiya.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Agentlik Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin rəhbəri Holqer Munkun sözlərinə istinadən bildirir ki, hazırda bu işdə 54 şübhəli var. O, rəqəmin arta biləcəyini əlavə edib və daha çox həbslərin olduğunu açıqlayıb.

Öz növbəsində Türingiya federal əyalətinin Daxili İşlər Nazirliyinin rəhbəri Georg Mayer dövlət çevrilişinin qarşısının alınması üzrə əməliyyatı Almaniyanın müasir tarixində misli görünməmiş hadisə adlandırıb və həmçinin yeni həbslərin olmasını istisna etməyib.

Bildirilib ki, sui-qəsdçilərin həbsində əvvəllər 3000-ə yaxın təhlükəsizlik işçisi olub. 

Polisin müsadirə etdiyi müxtəlif növ döyüş sursatı və silahlara zirehli tüfənglər, arbaletlər və onların döyüş sursatı daxildir.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 8-12-2022, 17:46