AZ   |   RU
Tehranda daha bir etirazçının edamı - BMT-nin İranda insan haqları üzrə məruzəçisi narahatdır

İranın paytaxtı Tehran şəhərində  hazırkı ümumxalq etirazları zamanı həbs olunan etirazçılardan Mohsen Şikari bu gün edam edilib.

Missiya.Az
xəbər verir ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi etirazçılara qarşı repressiyaların artmasından narahatlığını bildirib. O deyib ki, İslam Respublikası etirazçılar barədə ölüm hökmü çıxarmaq kampaniyasına başlayıb.

İranın təhlükəsizlik orqanlarına bağlı "Təsnim" xəbər agentliyi iddia edib ki, Mohsen Şikari sentyabrın 25-də Tehranda Səttarxan küçəsini bağlayıb və İslam Respublikasının xüsusi təyinatlı polisini soyuq silahla "yaralayıb".

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 8-12-2022, 17:42