AZ   |   RU
İranda həbs və edamlar səngimir

İranda kütləvi etirazlar səbəbindən həbs və edamlar səngimək bilmir.

Missiya.Az
xəbər verir ki, sabah İranda 20 yaşlı gənc Əli Muəzzəm edam olunacaq.

Məlumatlara görə, onun səhər saatlarında dar ağacından asılacağı gözlənilir.

“Təhsil İşçiləri Birlikləri Təşkilatlarının Koordinasiya Şurası”nın hesabatında isə İran təhlükəsizlik qüvvələri  İlam əyalətinin Abdanan şəhərində 15 yaşdan kiçik üç uşağı da etiraz aksiyalarına qatıldıqları üçün həbs edib.

Məlumatda, onların adlarının Puriya və Məhəmməd Yusif Məhəmmədzadə adlı iki qardaş və 15 yaşlı Yəzdan Haseli olduğu bildirilib.

İranda keçirilən ümummilli etirazlarda indiyədək ən azı 64 uşaq həlak olub.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 8-12-2022, 16:17