AZ   |   RU
MİT daha bir təhlükəli terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı daha bir dəqiq zərbə əməliyyatı həyata keçirib.

Missiya.Az
xəbər verir ki, bu barədə "Anadolu" agentliyinəməlumat yayıb.

Məlumata əsasən, “Mizgin Kobani” ləqəbli təhlükəli terrorçu Siham Mislih MİT tərəfindən təqib edilib və dəqiq zərbə ilə zərərsizləşdirilib.

Terror təşkilatının aparıcı simalarından olan qadın terrorçu Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki “Sülh çeşməsi” antiterror rayonunda xidmət aparan birliklərinə qarşı hücumlar təşkil etdiyi bildirilib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-12-2022, 12:50