AZ   |   RU
Çin Britaniyanı “daxili işlərinə qarışmaqda” ittiham edir
 
Çinin Londondakı səfirliyi Britaniya deputatlarından ibarət nümayəndə heyətinin Tayvana səfəri ilə əlaqədar Böyük Britaniyanı “Çinin daxili işlərinə qarışmaqda” ittiham edib. 

Missiya.Az “CNN-Türk”ə istinadən xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyindən verilən açıqlamada bildirilib.

“Çin tərəfi Britaniyanı öz öhdəliyinə əməl etməyə, vahid Çin prinsipini pozan istənilən hərəkəti dayandırmağa və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırır”, -deyə  bəyanatda qeyd olunub.

Çinin bəyanatına cavab verən komitə sədri Alicia Kearns, "Demokratik ölkələrin bir-biri ilə dialoqa girməsi tamamilə doğrudur. Çin Kommunist Partiyası Britaniya millət vəkillərinə qarşı sanksiyalar tətbiq edərək dialoqu bağlamaq yolunu seçsə də, mən bunun vacib olduğuna inanıram", -deyə vurğulayıb.

Qeyd edək ki, Britaniya deputatlarından ibarət Komitə bu gün Tayvanın baş naziri Su Tseng-chang ilə, sabah isə Tayvanın lideri Tsai Inq-Ven ilə görüşəcək.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 16:28